İngiltərənin paytaxtı Londondan keçən Temza çayında illər ərzində toplanan nəm salfetlər böyük tullantı yığınına çevrilib. Ərazidə aparılan təmizlik işləri zamanı təxminən 180 ton tullantı çıxarılıb.
Ən çox çirklənmə Hammersmit körpüsü yaxınlığında qeydə alınıb. Təxminən 250 metr uzunluğunda olan və ekoloqların “Nəm salfet adası” adlandırdığı yığından iş texnikalarının köməyi ilə 5 milyona yaxın salfet təmizlənib.
Thames21 ekoloji təşkilatının könüllüləri sonrakı araşdırmada çay yatağında qalan salfetlərin sayının azaldığını müəyyən ediblər. Apreldə 50 nümunə sahəsində 1584 salfet aşkarlanmışdısa, oktyabrda bu rəqəm 733 olub. Mütəxəssislər azalmanın təmizlik işləri və kanalizasiya sistemindəki yeniliklərlə əlaqəli ola biləcəyini bildirirlər.
Prestij.media
















