İngiltərənin Oksford şəhərində cəmi 18 metr uzunluğunda dəmir yolu körpüsünün yenilənməsi illərlə davam edən gecikmələr və artan xərclər səbəbindən narazılıq yaradıb. İlkin olaraq 161 milyon funt sterlinq hesablanan layihənin ümumi dəyəri təxminən 314 milyon dollara yüksəlib.
Oksford dəmir yolu stansiyasının genişləndirilməsi çərçivəsində Botley Road üzərindəki körpünün yenilənməsinə başlanılıb. 2023-cü ilin aprelində nəqliyyatın hərəkətinə bağlanan yol yalnız üç ildən çox müddət sonra yenidən açılıb. Yeraltı borular, kanalizasiya xətləri və su basması ilə bağlı problemlər işlərin dəfələrlə gecikməsinə səbəb olub.
Yolun uzun müddət bağlı qalması sürücülərə və ərazidəki sahibkarlara çətinlik yaradıb. Sentyabrın 20-də yol yenidən istifadəyə verilsə də, artan xərclər və gecikmələr səbəbindən planlaşdırılan rəsmi açılış mərasimi ləğv edilib. Layihəyə cavabdeh olan “Network Rail” yaranmış problemlərə görə sakinlərdən üzr istəyib.
Prestij.media
















