ABŞ-ın Oreqon ştatının Olbani şəhərində sürət həddini səhv göstərən yol nişanları minlərlə sürücünün cərimələnməsinə səbəb olub. Santiam Road yolunda nişanlarda sürət həddi saatda 40 kilometr göstərilsə də, rəsmi limitin saatda təxminən 89 kilometr olduğu müəyyən edilib.
2025-ci ilin sentyabrından sürət kameraları vasitəsilə cərimələr yazılmağa başlanıb. Hər ay orta hesabla 300 sürücü cərimələnib. Təkcə 2026-cı ilin iyununda 460, iyulda 336, avqustda isə 319 sürücü barəsində sürət həddini aşmağa görə tədbir görülüb.
Sürücülərin şikayətlərindən sonra aparılan araşdırma nəticəsində əvvəlki sürət həddinin hüquqi əsasının olmadığı bildirilib. Avqustda yeni limit saatda 48 kilometr müəyyən edilib və sentyabrın sonunda nişanlar dəyişdirilərək kameralar yenidən tənzimlənib. Lakin əvvəl yazılmış cərimələrin ləğvi və ya ödənilmiş məbləğlərin geri qaytarılması ilə bağlı hələ yekun qərar verilməyib.
Prestij.media
















