ABŞ-ın Kaliforniya ştatında yerləşən məşhur Highway 1 avtomobil yolunun bir hissəsi güclü yağışlardan sonra dağılıb Sakit okeana çöküb. 2021-ci ilin yanvarında Big Sur bölgəsində baş verən hadisə sosial şəbəkələrdə yenidən gündəmə gəlib.
Günlərlə davam edən leysan və fırtınalar dağlardan palçıq və qayaların axmasına səbəb olub. Torpağın su ilə doyması nəticəsində yolun altındakı qrunt sürüşüb və asfalt örtüyü parçalanıb. Ərazidə təxminən 45 metr enində uçurum yaranıb.
Hadisə zamanı yolda avtomobillərin olmaması mümkün insan tələfatının qarşısını alıb. Yol aylarla nəqliyyatın hərəkəti üçün bağlı qalıb. Araşdırmalara görə, dağıntı zəlzələ nəticəsində deyil, güclü yağışların torpağı yuyaraq yolun əsasını zəiflətməsi səbəbindən baş verib.
Prestij.media
















