Albaniyanın paytaxtı Tiranada tələbələrin etirazlarının ikinci günündə Təhsil Nazirliyinin binasında yanğın baş verib. Təhsil şəraiti və korrupsiya iddialarına qarşı keçirilən aksiyalarda polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Etirazlarda minlərlə tələbə iştirak edib. Onlar universitetlərdə şəraitin yaxşılaşdırılmasını, təhsil xərclərinin azaldılmasını, maliyyə dəstəyinin artırılmasını və məzun olduqdan sonra iş imkanlarının genişləndirilməsini tələb ediblər.
Albaniyanın Baş nazirinin müavini Albana Coçiu bildirib ki, etiraz etmək hüququ qanunidir, lakin bu, zorakılığa və dövlət əmlakına zərər vurmağa əsas vermir. Aksiyalar may ayında başlayan daha genişmiqyaslı korrupsiyaya qarşı etirazların davamı kimi qiymətləndirilir.
Prestij.media
















