ABŞ-ın Nyu-York şəhərində istismar müddəti başa çatan 2500-dən çox metro vaqonu süni riflər yaratmaq məqsədilə Atlantik okeanına yerləşdirilib. Layihənin əsas məqsədi dəniz canlıları üçün yeni sığınacaq və yaşayış sahələri yaratmaq olub.
Vaqonlar okeana endirilməzdən əvvəl yağlardan, plastik hissələrdən və ətraf mühitə zərər verə biləcək digər elementlərdən təmizlənib. Daha sonra xüsusi gəmilərlə Nyu-Cersi, Delaver, Virciniya, Cənubi Karolina və Corciya sahilləri yaxınlığındakı ərazilərə daşınıb. Zamanla vaqonların səthində midyələr və digər dəniz canlıları məskunlaşıb, qapı və pəncərə boşluqları isə balıqlar üçün sığınacağa çevrilib.
Lakin layihə problemsiz davam etməyib. Atlantik-Siti sahillərində yoxlanılan 48 paslanmayan polad vaqondan 46-sının tamamilə dağıldığı müəyyən edildikdən sonra 2010-cu ildə metro vaqonlarının okeana batırılması dayandırılıb. Əvvəllər yaradılmış süni riflər isə dəniz ekosisteminə xidmət etməyə davam edib.
Prestij.media
















