• Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.7° Weather Columbus
$
1.7
€
1.9055
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

14 Oktyabr, 26 / 14:28
A A

Azərbaycan 12-14 oktyabr tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (HOTREC) 93-cü və “Hotelstars” İttifaqının (HSU) 12-ci Baş Assambleyalarında təmsil olunub.

Ölkəmizi Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev və Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Əsmər Şabanova təmsil edib.

Tədbirlər çərçivəsində qonaqpərvərlik sektorunun inkişafı, hotel təsnifatı meyarları, xidmət keyfiyyətinin yüksəldilməsi, tənzimləyici və institusional yeniliklər, rəqəmsallaşma və dayanıqlılıq məsələləri müzakirə olunub. Avropa ölkələrinin hotel assosiasiyalarının nümayəndələri arasında fikir mübadiləsi aparılıb, sahə üzrə qabaqcıl təcrübələr və əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Baş Assambleyalar çərçivəsində Rəşad Əliyev Azərbaycanın hotel təsnifatı sahəsində həyata keçirilən təşəbbüslər və hotel sektorunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbirlər zamanı HOTREC-in prezidenti Aleksandros Vassilikos və “Hotelstars” İttifaqının prezidenti Markus Luthe ilə görüşlər keçirilib. Görüşlərdə beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi və qonaqpərvərlik sektorunda gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Müvafiq beynəlxalq tədbirlərdə iştirak Avropa tərəfdaşları ilə əməkdaşlığın inkişafına, hotel təsnifatı və xidmət keyfiyyəti üzrə qabaqcıl təcrübələrin öyrənilməsinə, eləcə də ölkənin qonaqpərvərlik sektorunun inkişafına töhfə verir.

Avropanın hotel, restoran və kafe sektorunu təmsil edən HOTREC 36 ölkədən 47 milli assosiasiyanı birləşdirir. “Hotelstars” İttifaqı isə üzv ölkələrdə hotellərin ulduz təsnifatının vahid meyarlar əsasında aparılması və xidmət keyfiyyətinin artırılması istiqamətində fəaliyyət göstərir.

Bənzər Xəbərlər

Cəmiyyət

ADY: Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Oktyabr 14, 2026
Cəmiyyət

11 il əkilməyən tarla 86 bitki növü ilə örtülüb

Oktyabr 14, 2026
Cəmiyyət

Sarı dərili toyuq daha sağlamdır? Həqiqət açıqlandı

Oktyabr 13, 2026
Cəmiyyət

Avtobus pulu kimi verilən sikkə 2 min il əvvələ aid xəzinə çıxıb

Oktyabr 13, 2026
Cəmiyyət

ABŞ-da qızılca halları 4 mini keçib

Oktyabr 9, 2026
Cəmiyyət

Rusiyada vəba şübhəsi ilə ölən qadının anası danışıb

Oktyabr 9, 2026

XƏBƏR LENTİ

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

14 Oktyabr, 26 / 14:28

Azərbaycan XİN Jan-Noel Baronun Azərbaycanı əsassız iddialarla hədəf almasını pisləyib

14 Oktyabr, 26 / 14:20

Hakan Fidan Azərbaycana gəlir

14 Oktyabr, 26 / 14:10

ADY: Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

14 Oktyabr, 26 / 13:40

İlham Əliyev: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

14 Oktyabr, 26 / 13:39

Kartdan karta köçürülmələrdə komissiya tutulacaq

14 Oktyabr, 26 / 13:38

Rusiya XİN rəhbəri Azərbaycana səfər edəcək

14 Oktyabr, 26 / 13:37

Leysan yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

14 Oktyabr, 26 / 13:37

Media və Yayım Şurası: İranın “Səhər” telekanalı dezinformasiya yayıb

14 Oktyabr, 26 / 13:36

1800 illik daşın sirri açıldı: 5 sümük 56 fərqli cavab verirdi

14 Oktyabr, 26 / 13:35
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.