Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.
Prestij.media Rusiya KİV-ə istinadən xəbər verir ki, o, oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.
“Oktyabrın 15-də Bakıda Rusiya Federasiyasının xarici işlər naziri Sergey Viktoroviç Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək”, – məlumatda qeyd olunub.
















