ABŞ-da 2026-cı ilin əvvəlindən qeydə alınan qızılca hallarının sayı 4 min 20-yə çatıb. Cons Hopkins Universitetinin məlumatına görə, bu göstərici 2025-ci il ərzində qeydə alınan 2 min 286 yoluxma halını demək olar ki, iki dəfə üstələyib.
Yoluxmaların daha çox yayıldığı ştatlar arasında Pensilvaniya, Cənubi Karolina, Yuta, Viskonsin, Ohayo, Texas, Virciniya və Florida yer alır. Xəstəliyin sürətlə yayılması ABŞ-da səhiyyə qurumlarını narahat edir.
Səhiyyə mütəxəssisləri qızılca hallarının artmasında peyvəndlənmə səviyyəsinin azalmasının rol oynaya biləcəyini bildirirlər. Rəsmilər yoluxmaların qarşısını almaq üçün əhaliyə xəbərdarlıqlarını davam etdirirlər.
Prestij.media
















