ABŞ-ın Minnesota ştatında üzüm bağında aparılan üçillik araşdırma maraqlı nəticə verib. Good Courage Farm təsərrüfatında ördəklərin torpağa təsiri öyrənilib və onların gəzdiyi sahələrdə üzvi maddələrin miqdarının artdığı müşahidə olunub.
Araşdırmaya əsasən, ördəklərin olduğu bağ sıralarında torpağın üzvi maddə göstəricisi 3,3 faizdən 4,1 faizə yüksəlib. Mütəxəssislər bildirirlər ki, üzvi maddələrlə zəngin torpaq suyu daha yaxşı saxlayır və bitkilərin qidalanmasına kömək edir. Ördəklərin ifrazatı da təbii gübrə rolunu oynaya bilər.
Tədqiqatçılar nəticələrin ümidverici olduğunu qeyd etsələr də, artımın tamamilə ördəklərin təsiri ilə baş verdiyini qəti deməyin mümkün olmadığını vurğulayırlar. Araşdırma heyvanların üzüm bağlarında torpağın sağlamlığını dəstəkləyən üsul kimi istifadəsinə marağı artırıb.
Prestij.media
















