Hindistanın Andhra-Pradeş ştatındakı Appajipeta kəndində bir neçə gündür gecə saatlarında evlərin damına naməlum istiqamətdən daşlar düşür. Hadisələrin əsasən saat 22:00 radələrində baş verdiyi bildirilir. Daşlar bəzi evlərin damlarına ziyan vurub, bir neçə nəfər isə yüngül xəsarət alıb.
Hadisələrin təkrarlanmasından narahat olan sakinlər polisə müraciət ediblər. Polis əməkdaşları kənddə gecə növbətçiliyi təşkil etsələr də, daşların haradan gəldiyini müəyyənləşdirə bilməyiblər. Daha sonra kəndin təxminən 20 sakini yaxınlıqdakı təpəyə çıxaraq əraziyə nəzarət etməyə başlayıb.
Növbə zamanı da evlərin damına daşların düşdüyü bildirilsə də, şübhəli şəxs aşkarlanmayıb. Polis daşların kimsə tərəfindən atılması ehtimalını araşdırır. Hadisələrin səbəbi və arxasında kimin dayandığı hələlik məlum deyil.
Prestij.media
















