Kosta-Rika sahillərində Sakit okeanın dərinliklərini araşdıran alimlər qızılı rəngli budaqları ilə kiçik ağacı xatırladan qeyri-adi mərcan koloniyaları aşkar ediblər. Təxminən 500 metr dərinlikdən götürülən nümunələr üzərində aparılan araşdırmalar bu canlıların əvvəllər məlum olan mərcan qruplarından fərqləndiyini göstərib.
Bir metrdən artıq böyüyə bilən bu canlılar zahirən bitkiyə bənzəsələr də, əslində çoxsaylı kiçik heyvanlardan ibarət mərcan koloniyalarıdır. Onların anatomik quruluşu və genetik xüsusiyyətləri ətraflı şəkildə araşdırılıb.
Tədqiqat nəticəsində alimlər bu canlıları mövcud mərcan ailələrinin heç birinə aid edə bilməyərək onlar üçün yeni ailə müəyyən ediblər. Kəşf okeanın dərinliklərindəki canlı müxtəlifliyinin hələ tam öyrənilmədiyini bir daha göstərir.
Prestij.media
















