ABŞ-ın Boston şəhərindəki Fort Point kanalına təxminən 10 ton ağırlığında süni ada yerləşdirilib. Təkrar emal edilmiş materiallardan hazırlanan və üzəri bitkilərlə örtülən qurğu şəhərin mərkəzində qeyri-adi görüntüsü ilə diqqət çəkib.
Layihənin məqsədi yalnız ətrafı gözəlləşdirmək deyil. Üzən ada su canlıları üçün yeni yaşayış mühiti yaratmaq üçün nəzərdə tutulub. Bitkilərin kökləri suya doğru uzanaraq balıqlara və digər kiçik canlılara sığınacaq verir, həmçinin sudakı bəzi qida maddələrinin mənimsənilməsinə kömək edir.
Kanalın su səviyyəsinin dəyişməsinə uyğunlaşa bilən ada beton tikililərlə əhatə olunmuş şəhər ərazisində təbii mühitin bərpasına xidmət edir. Layihənin suyun keyfiyyətinə və canlı müxtəlifliyinə uzunmüddətli təsirini müəyyənləşdirmək üçün isə əlavə müşahidələr aparılmalıdır.
Prestij.media
















