Avropada 2026–2027-ci illərin qış mövsümü öncəsi təbii qaz anbarlarının doluluq səviyyəsi 73 faizə çatmayıb. Son illərin aşağı göstəricilərindən biri olan bu vəziyyət soyuq havalarda enerji qiymətlərinin yüksəlməsi ilə bağlı narahatlıq yaradıb.
Məlumatlara görə, oktyabrın 7-də Avropa üzrə qaz anbarlarının doluluğu 72,97 faiz təşkil edib. Almaniyada bu göstərici 59,3 faiz, Niderlandda 60,97 faiz, İtaliyada isə 88,21 faiz olub. Xüsusilə Almaniya və Niderlanddakı ehtiyatların səviyyəsi diqqət çəkir.
Avropa qaz şəbəkəsi üzrə qurumlar mövcud infrastrukturun normal şəraitdə qış tələbatını ödəyə biləcəyini bildirirlər. Bununla belə, sərt hava şəraiti və mayeləşdirilmiş təbii qaz tədarükündə mümkün fasilələr ehtiyatların sürətlə azalmasına və qiymətlərin artmasına səbəb ola bilər.
Prestij.media
















