Ayın əvvəlində dron hücumlarına məruz qalan Şərq-Qərb neft kəmərində təmir işlərini tamamlayan Səudiyyə Ərəbistanı kəmər vasitəsilə dənizaşırı neft ixracına yenidən başlayıb. Dövlət neft şirkəti “Saudi Aramco”nun ötən həftə həyata keçirdiyi sınaq və təzyiqin artırılması işlərindən sonra dəniz vasitəsilə daşınmalar yenidən bərpa olunub.
Şərq-Qərb xəttinin yenidən fəaliyyətə keçməsi krallığın alternatvlərə çıxışını təmin edərək enerji tədarükü axtarışında olan alıcılar və avropalı müştərilər üçün nisbi rahatlıq yaradıb. Bununla belə, kəmərin tam gücü ilə işləməsinin təxminən altı həftə çəkə biləcəyi vurğulanır.
Bəsrə körfəzi marşrutunun gəmi hücumları səbəbindən riskli olaraq qalması fonunda krallıq sentyabr ayında Hörmüz boğazı üzərindən ümumi neft ixracını gündəlik 5 milyon bareldən yuxarı qaldıraraq müharibə dövrünün rekorduna çatdırıb və bu tədarükün böyük hissəsini Asiyaya yönəldib.
Prestij.media
















