Avstraliyada soyuq havalarda evləri isti saxlamaq üçün maraqlı üsuldan istifadə olunur. Adətən kövrək əşyaların qablaşdırılmasında işlədilən qabarcıqlı naylon pəncərələrə yapışdırılır. Bu üsul xüsusilə köhnə və birqat şüşəli pəncərələrdə istilik itkisini azaltmaq üçün tətbiq edilir.
Naylonun daxilindəki kiçik hava qabarcıqları şüşə üzərində əlavə izolyasiya təbəqəsi yaradır. Tətbiq zamanı material pəncərənin ölçüsünə uyğun kəsilir, şüşəyə az miqdarda su püskürdülür və qabarcıqlı tərəfi şüşəyə olmaqla yerləşdirilir. Beləliklə, yapışqandan istifadə etmədən onu şüşəyə bərkitmək mümkündür.
Bununla belə, üsulun çatışmazlıqları da var. Naylon çölə baxışı çətinləşdirə, şüşə ilə material arasında nəmlik toplanması isə kif yaranmasına səbəb ola bilər. Bu üsul istilik itkisini müəyyən qədər azaltsa da, müasir ikiqat şüşələrin izolyasiyasını əvəz etmir.
Prestij.media
















