ABŞ-ın Mayami Beynəlxalq Hava Limanında gömrük yoxlaması zamanı qeyri-adi qaçaqmalçılıq cəhdi aşkarlanıb. Kubadan gələn 40 yaşlı Alberto Hernandez Kastilyonun alt paltarında gizlədilmiş 10 canlı quş tapılıb.
Gömrük əməkdaşları sərnişinin bel nahiyəsindəki qeyri-adi şişkinlikdən və narahat davranışından şübhələnərək onu ətraflı yoxlamaya aparıblar. Axtarış zamanı alt paltarına tikilmiş ciblərdə yerləşdirilən altı plastik boru aşkarlanıb. Boruların uclarına quşların nəfəs ala bilməsi üçün tor materialı yerləşdirilib.
Kastilyo quşları şəxsi məqsədlər üçün gətirdiyini desə də, lazımi idxal icazələrinin olmadığı müəyyən edilib və onun barəsində qaçaqmalçılıq ittihamı ilə tədbir görülüb. Məhkəmə 25 min dollar girov şərti ilə onun sərbəst buraxılmasına qərar verib. İki gün sonra isə Kubadan gələn başqa bir sərnişinin geyimində daha 11 canlı quş aşkarlanıb.
Prestij.media
















