ABŞ-ın cənub-şərqində baş verən güclü qasırğa dörd ştatda ciddi fəsadlara səbəb olub. Şiddətli külək və leysan yağışları nəticəsində elektrik xətləri sıradan çıxıb, evlərə və yollara ziyan dəyib.
Florida, Alabama, Corciya və Missisipi ştatlarında ümumilikdə təxminən 670 min elektrik abonenti işıqsız qalıb. Məlumatlara görə, ən çox kəsinti Floridada qeydə alınıb. Küləyin sürəti saatda 169 kilometrə çatıb, çoxsaylı ağaclar aşıb və bəzi yollar bağlanıb.
Təbii fəlakət nəticəsində insan tələfatı da qeydə alınıb. Son məlumatlarda Floridada altı, Alabamada isə iki nəfərin öldüyü bildirilib. Elektrik təchizatının bərpası və zərər çəkmiş ərazilərdə təhlükəsizliyin təmin olunması üçün minlərlə işçi səfərbər edilib.
Prestij.media
















