1976-cı ildə cəmi 217,77 dollara alınan üç Apollo 11 kaseti 32 il qutuda unudulduqdan sonra Sotheby’s hərracında 1,82 milyon dollara satılıb. Kasetlərdə 1969-cu ildə Ayda ilk addımların atıldığı anların xam görüntüləri yer alır.
Kasetlər mühəndislik tələbəsi Qari Corcun 1976-cı ildə dövlətin artıq avadanlıqlarının satışından aldığı təxminən 1150 maqnit lent arasında tapılıb. Üzərində “Apollo 11 EVA, 20 iyul 1969” yazısını görən Corc üç lenti ayrıca saxlayıb.
Sonradan məlum olub ki, NASA arxivindəki orijinal lentlərin üzərinə yeni görüntülər yazıldığı üçün həmin materiallar itirilib. 2008-ci ildə üzə çıxarılan kasetlərin görüntü keyfiyyətinin NASA daxil olmaqla məlum bütün nüsxələrdən daha aydın olduğu müəyyən edilib.
Prestij.media
















