ABŞ-ın bəzi ştatlarında eşşək arılarının sayının artması açıq havada yemək yeməyi çətinləşdirib. Xüsusilə restoranların terras və bağçalarında toplaşan arılar müştəriləri masalarını tərk edərək qapalı məkanlara keçməyə məcbur edir.
Orta Qərb bölgəsində, o cümlədən Viskonsin ştatında sarı gödəkçəli eşşək arıları şirin içkilərə və yeməklərə yönəlir. Bölgədə fəaliyyət göstərən bəzi zərərvericilərlə mübarizə şirkətləri arılarla bağlı müraciətlərin 30 faiz artdığını bildirib.
Mütəxəssislər problemin payızda daha da gücləndiyini bildirirlər. Onlar açıq havada yeməklərin üstünün örtülməsini, şirin içkilərin açıq saxlanılmamasını və tullantıların vaxtında yığışdırılmasını tövsiyə edirlər. Arı sancmaları, xüsusilə allergiyası olan insanlar üçün ciddi təhlükə yarada bilər.
Prestij.media
















