Türkiyənin Əskişəhər vilayətinin Beylikova bölgəsində nadir torpaq elementlərinin emalı üçün pilot müəssisə yaradılıb. Çinindən sonra dünyanın ən böyük ehtiyatlarından biri hesab edilən ərazidə təxminən 694 milyon ton filiz olduğu və 17 müxtəlif nadir torpaq elementinin aşkarlandığı bildirilir.
17 min dönümlük ərazidə qurulan müəssisənin ildə 1200 ton filiz emal etməsi nəzərdə tutulur. Layihənin ilkin mərhələsində nadir torpaq oksidlərinin konsentratının, daha sonra isə ayrılmış oksidlərin istehsalı planlaşdırılır. Bu elementlər müdafiə sənayesi, kosmos, tibb, enerji və elektronika kimi strateji sahələrdə istifadə olunur.
Türkiyənin YENİ Partiyasından olan deputat Mehmet Tahtasız ABŞ-la bu sahədə əməkdaşlıq ehtimalını gündəmə gətirib. O, ehtiyatların ABŞ-yə verilməsinin müzakirə olunub-olunmadığını və yataqların iqtisadi dəyərini soruşub. Müəssisənin rəhbərliyi suallara yazılı cavab veriləcəyini bildirib.
Prestij.media
















