Yatmazdan əvvəl ayaq altına bir dilim limon qoyub corab geyinmək üsulu sosial şəbəkələrdə maraq doğurub. Bu üsulun ayaqlardakı yorğunluğu və narahatlığı azaltdığı iddia edilsə də, belə təsirləri təsdiqləyən kifayət qədər elmi sübut yoxdur.
Limonun tərkibindəki limon turşusu və digər maddələrin ayaq ağrılarını aradan qaldırdığı, qan dövranını yaxşılaşdırdığı və yuxu keyfiyyətini artırdığı barədə iddialar irəli sürülür. Lakin limonu ayaq altında saxlamağın bu faydaları təmin etdiyi elmi cəhətdən sübut edilməyib.
Mütəxəssislər limonun turşuluğunun dəridə qıcıqlanma yarada biləcəyini bildirirlər. Xüsusilə həssas dərisi olan, dabanında çat və ya açıq yarası olan şəxslərə bu üsuldan uzaq durmaq tövsiyə edilir.
Prestij.media
















