Rusiyada payızın gəlişi ilə ac qurd sürülərinin şəhər və qəsəbələrə yaxınlaşması narahatlıq yaradıb. Moskva ətrafı da daxil olmaqla bir sıra bölgələrdə qurdların insanlara və ev heyvanlarına hücum etdiyi bildirilir.
Leninqrad Tümen Sverdlovsk və Transbaykal bölgələrində qurdların görünməsi və hücumlarla bağlı hadisələr qeydə alınıb. Transbaykalda evinin qarşısında qurdun hücumuna məruz qalan bir kişi bıçaqdan istifadə edərək xilas olub. Leninqrad vilayətində isə itini gəzdirən qadın qurdun təqibindən son anda qurtulub.
Rəsmi qurumlar sakinlərə ev heyvanlarını qorumağı və məişət tullantılarını bağlı saxlamağı tövsiyə edib. Qurdla qarşılaşan şəxslərə arxasını çevirmədən yavaş-yavaş geri çəkilmək və heyvanı qorxutmaq məsləhət görülüb. Mütəxəssislər bu vəziyyətin mövsümi ov davranışı, yoxsa qurdların sayının artması ilə bağlı olduğunu araşdırırlar.
Prestij.media
















