1948-ci ildə ABŞ-ın Aydaho ştatında qeyri-adi təbiəti mühafizə əməliyyatı həyata keçirilib. Yaşayış məntəqələrində ağaclara zərər verən və suvarma kanallarını tıxayan 76 qunduz xüsusi hazırlanmış taxta qutulara yerləşdirilərək təyyarədən paraşütlə uzaq əraziyə buraxılıb.
Əməliyyat zamanı qunduzlardan 75-i sağ-salamat yerə enib, biri isə eniş zamanı xəsarət alıb. Heyvanların daşınması üçün bu üsul seçilib, çünki dağlıq əraziyə onları quru yolu ilə aparmaq çətin və təhlükəli olub.
Qunduzlar yeni yaşayış yerlərində bəndlər quraraq gölməçələr yaradıb və suyun axınını yavaşladıb. Bu prosesin torpaqda nəmin qorunmasına, yeraltı su ehtiyatlarının artmasına və bataqlıq ərazilərin formalaşmasına kömək etdiyi bildirilir. Bununla belə, 1948-ci ildə buraxılan qunduzların nəsillərinin bu gün də həmin ərazidə yaşayıb-yaşamadığı dəqiq məlum deyil.
Prestij.media
















