Hyundai ABŞ-da yanğın riski səbəbindən 94 622 avtomobilini geri çağırmaq qərarı verib. Təhlükəsizlik tədbiri ön elektrik oturacaqlarının mühərriklərində həddindən artıq qızma ehtimalı ilə bağlıdır.
ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinin məlumatına görə, elektrikli oturacağın idarəetmə düyməsinin ilişməsi mühərrikin qızmasına və yanğına səbəb ola bilər. Təhlükə avtomobil həm hərəkətdə olarkən, həm də park vəziyyətində olduqda yarana bilər.
Geri çağırılma 2015–2016-cı il Hyundai Genesis və 2017–2020-ci il Genesis G80 modellərini əhatə edir. Təmir işləri başa çatanadək avtomobil sahiblərinə nəqliyyat vasitələrini qapalı məkanlarda deyil, digər avtomobil və tikililərdən uzaqda açıq havada saxlamaq tövsiyə olunub.
Prestij.media
















