Rusiya Prezidenti Vladimir Putin rus ordusunun Ukraynanın Donetsk bölgəsində yerləşən Dobropilye şəhərini nəzarətə götürdüyünü iddia edib. O, hərbi komandanlarla görüşündə 2026-cı ilin əvvəlindən bəri 6 500 kvadratkilometr ərazinin və 310 yaşayış məntəqəsinin ələ keçirildiyini bildirib.
Putin Rusiyanın əsas məqsədlərindən birinin Donetsk bölgəsinə tam nəzarəti təmin etmək olduğunu vurğulayıb. O, həmçinin Rusiyanın sərhəd bölgələrində təhlükəsizlik zolağının yaradılmasının davam etdiyini və bunun gələcək sülh danışıqlarının mövzusuna çevrilməsini istəmədiklərini deyib.
Rusiya Baş Qərargahının rəisi Valeri Gerasimov isə sentyabrın əvvəlindən bəri 92 yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü iddia edib. Rusiya tərəfi Ukraynanın hərbi sənaye və enerji infrastrukturuna qarşı hücumların davam etdirildiyini də açıqlayıb.
Prestij.media
















