Yaponiyada mobil telefonlara göndərilən güclü zəlzələ xəbərdarlığı və şəhər sirenləri əhali arasında təşviş yaradıb. Bildirişdə 9,9 bal gücündə zəlzələ təhlükəsi barədə məlumat verilib. İnsanlara sığınacaqlara getmək tövsiyə olunub və sürətli qatarların hərəkəti avtomatik dayandırılıb.
Lakin xəbərdarlıqdan sonra gözlənilən güclü zəlzələ baş verməyib. Məlum olub ki, Rusiyanın Kamçatka yarımadası yaxınlığında qeydə alınan 6,9 bal gücündə zəlzələdən sonra Yaponiya Meteorologiya Agentliyinin erkən xəbərdarlıq sistemində texniki xəta yaranıb. Qurum təxminən səkkiz dəqiqə sonra xəbərdarlığı ləğv edib.
Rəsmilər yanlış siqnalın səbəbinin uzaq məsafədəki zəlzələlərin koordinatlarının hesablanmasında yaranan proqram xətası olduğunu açıqlayıblar. Hadisə nəticəsində insan tələfatı və dağıntı qeydə alınmasa da, nəqliyyatda fasilələr yaranıb. Qurum baş verənlərə görə ictimaiyyətdən üzr istəyib.
Prestij.media
















