Polşanın cənubundakı Qlivitse kanalında 4 tondan çox balıq kütləvi şəkildə tələf olub. Araşdırmalar nəticəsində ölüm hallarına suda sürətlə yayılan zəhərli “qızılı yosun”un səbəb olduğu müəyyənləşib.
Mütəxəssislər kanalın bəzi hissələrində yosunun sıxlığının kritik həddə çatdığını bildiriblər. “Qızılı yosun” isti, su səviyyəsinin aşağı olduğu və qida maddələrinin çox olduğu sularda sürətlə çoxalaraq balıqlar üçün ölümcül toksinlər yarada bilir.
Yosunun Oder çayına yayılmasının qarşısını almaq üçün kanaldakı iki su kilidi bağlanıb və mütəmadi yoxlamalar aparılır. Bölgədə vəziyyətin 2022-ci ildə Oder çayında baş vermiş böyük ekoloji fəlakətə bənzər nəticələrə səbəb ola biləcəyindən narahatlıq var.
Prestij.media
















