Məşhur rejissor Francis Ford Coppola tərəfindən çəkilən əfsanəvi The Godfather (“Xaç atası”) filmi təkcə dünya kinosunda deyil, Savoca kəndinin taleyində də dərin iz buraxıb.
Filmdə Al Pacinonun canlandırdığı Maykl Korleonenin Apolloniya ilə evləndiyi səhnələrin çəkildiyi Savoca bu gün də minlərlə turistin ziyarət etdiyi məkanlardan biridir. Xüsusilə aprel-oktyabr aylarında kəndə gələn turistlərin sayı xeyli artır.
Filmin çəkilişlərindən sonra Savocada “Il Padrino” temalı otellər, suvenir mağazaları və xüsusi tur marşrutları yaradılıb. Ziyarətçilərin ən çox üz tutduğu məkan isə Maykl Korleonenin Apolloniyanın atasından qızını istədiyi məşhur Bar Vitellidir.
Kənd sakinlərinin sözlərinə görə, “Xaç atası” Savocaya dünya şöhrəti qazandırsa da, illər keçdikcə artan turist axını gündəlik həyata da təsirsiz ötüşməyib. Dar küçələrdə yaranan sıxlıq və izdiham bəzən yerli sakinlərlə turistlər arasında narazılıqlara səbəb olur.
Bununla belə, Savoca bu gün də Hollivud tarixinin canlı izlərini qoruyub saxlayan və kino həvəskarlarının ən çox ziyarət etdiyi məkanlardan biri kimi tanınır.
Prestij Media
















