İngiltərədə yerləşən tütün şirkəti Imperial Brands xərcləri azaltmaq və fəaliyyət strukturunu sadələşdirmək məqsədilə qlobal miqyasda ixtisarlara hazırlaşır. Şirkətin ABŞ və Avropa da daxil olmaqla əsas bazarlarda minlərlə əməkdaşını işdən çıxaracağı bildirilir.
Prestij.media xəbər verir ki, “Bloomberg”in şirkətə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, ixtisarlar Imperial Brands-in yenidən strukturlaşdırma strategiyasının əsas hissəsi olacaq. Şirkət bu addımla dəyişən qlobal bazar şərtlərinə uyğunlaşmağı, xərcləri azaltmağı və beynəlxalq rəqabət qabiliyyətini gücləndirməyi hədəfləyir.
İxtisarların nə vaxt başlayacağı, hansı bölmələri əhatə edəcəyi və ümumilikdə neçə əməkdaşın işini itirəcəyi hələ açıqlanmayıb. Şirkət rəhbərliyinin yaxın günlərdə planın detalları ilə bağlı rəsmi məlumat verməsi gözlənilir.
















