Hindistanda TikTokda yayılan qısa video alimləri əvvəllər məlum olmayan balıq növünə aparıb. Videoda quyudan çıxan qeyri-adi balığı görən tədqiqatçılar Bihar ştatına gedərək araşdırmaya başlayıblar.
Hindistan Nepal sərhədi yaxınlığında aparılan araşdırmalarda uzunluğu təxminən 4 santimetr olan rəngsiz və gözləri dəri ilə örtülü balıqlar aşkarlanıb. Genetik araşdırmalar nəticəsində onun həm yeni növ həm də elmə məlum olmayan yeni cins olduğu müəyyənləşdirilib və Gangaichthys indonepalicus adı verilib.
Tədqiqatçılar bir həftə ərzində 15 quyudan əl ilə su çəkiblər. İlk balığı tapmaq üçün təxminən 2 min litr su pompalanıb. Bu balıq zədələndikdən sonra daha 500 litr su çıxarılıb və sağlam nümunə əldə edilib.
Prestij.media
















