Mütəxəssislər televizor ekranının düzgün təmizlənməməsinin LCD və OLED panellərə ciddi ziyan vura biləcəyini bildirirlər. Yanlış üsullar cihazın ömrünü qısalda və bahalı təmirə səbəb ola bilər.
Ən çox edilən səhvlər bunlardır:
- Ekranı kağız salfet, dəsmal və ya adi parça ilə silmək;
- Şüşə təmizləyicisi və spirt tərkibli vasitələrdən istifadə etmək;
- Ləkəni çıxarmaq üçün ekrana güc tətbiq etmək;
- Televizorun arxa hissəsindəki havalandırma dəliklərini tozdan təmizləməmək;
- Pultun mütəmadi təmizlənməsinə laqeyd yanaşmaq.
Mütəxəssislər ekranın yalnız mikrofiber parça ilə, uyğun təmizləyici vasitədən istifadə etməklə silinməsini tövsiyə edirlər.
Prestij.media
















