Prestij.media xəbər verir ki, İsveçrə millisi FIFA Dünya Kubokunda tarixi uğura imza ataraq yetmiş iki ildən sonra ilk dəfə dörddəbir finala yüksəlib.
Komandanın baş məşqçisi Murat Yakının rəhbərliyi altında İsveçrə növbəti mərhələdə Lionel Messinin çıxış etdiyi Argentina millisi ilə qarşılaşacaq. Heyətdə türk əsilli futbolçular Zeki Amduni və Eray Cömert də yer alır.
Murat Yakın Argentinanın məğlubedilməz olmadığını bildirərək, son dünya çempionuna qarşı ən yaxşı oyunlarını sərgiləməyə çalışacaqlarını deyib.
















