• Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.5° Weather Columbus
$
1.7
€
1.9426
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı İşçi qrupun ikinci iclası keçirilib

08 İyul, 26 / 15:39
A A

İyulun 8-də Elm və Təhsil Nazirliyində “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi istiqamətində yaradılmış İşçi qrupun ikinci iclası keçirilib.

 

Elm və təhsil nazirinin müavini, İşçi qrupun sədri Kənan Kərimzadənin rəhbərliyi ilə keçirilən iclasda Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak ediblər.

 

İclası giriş sözü ilə açan Kənan Kərimzadə bildirib ki, peşə təhsili üzrə ixtisasların təsnifatının yenilənməsi əmək bazarının dəyişən tələblərinə cavab verən, çevik və müasir peşə təhsili sisteminin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. O, ilk iclas zamanı aparılmış müzakirələrin və aidiyyəti qurumlar tərəfindən təqdim edilmiş təkliflərin layihənin təkmilləşdirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

 

Daha sonra Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva təqdimatla çıxış edərək birinci iclasda səsləndirilən mülahizələr, eləcə də aidiyyəti dövlət qurumlarından daxil olmuş rəy və təkliflər əsasında layihədə aparılmış dəyişikliklər barədə ətraflı məlumat verib. Təqdimat zamanı layihənin yenilənmiş strukturu, ixtisas istiqamətlərinin əmək bazarının mövcud və perspektiv tələblərinə uyğunlaşdırılması, yeni peşələrin təsnifata daxil edilməsi, həmçinin beynəlxalq təcrübə ilə uyğunluğun təmin edilməsi istiqamətində görülən işlər iştirakçıların diqqətinə çatdırılıb.

 

İclas çərçivəsində işçi qrupun üzvləri tərəfindən layihə üzrə geniş müzakirələr aparılıb, peşə təhsili üzrə ixtisasların daha səmərəli qruplaşdırılması, terminoloji vahidliyin təmin edilməsi və yeni yaranan peşə istiqamətlərinin təsnifatda əks etdirilməsi ilə bağlı fikir və təkliflər səsləndirilib.

 

Sonda layihənin yekunlaşdırılması istiqamətində növbəti mərhələlər, qarşıda duran vəzifələr və fəaliyyət planı müzakirə olunub. İşçi qrupun üzvləri layihənin əmək bazarının inkişaf meyillərinə və beynəlxalq yanaşmalara uyğun şəkildə tamamlanmasının vacibliyini vurğulayaraq müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Bənzər Xəbərlər

Cəmiyyət

Seldən sonra yüzlərlə zəhərli ilan şəhərə yayılıb

İyul 9, 2026
Cəmiyyət

BDYPİ: Əkin sahələrində çalışan insanların qoşqularda daşınması ağır avtoqəzalara zəmin yaradır

İyul 8, 2026
Cəmiyyət

Paytaxtın bəzi ərazilərində və bir neçə bölgədə işıq olmayacaq

İyul 8, 2026
Cəmiyyət

Rumıniyada 1800 illik Roma taxıl anbarı aşkarlanıb

İyul 7, 2026
Cəmiyyət

Televizorunuzu sıradan çıxara biləcək 5 təmizlik səhvi

İyul 7, 2026
Cəmiyyət

Ürək sağlamlığını dəstəkləyən 4 faydalı meyvə açıqlanıb

İyul 7, 2026

XƏBƏR LENTİ

Bu qədim qapıya yaxınlaşmaq ölüm deməkdir: Sirri açıldı

09 İyul, 26 / 17:55

Məşhur avtomobil markasının saxta modelləri satışa çıxarılıb

09 İyul, 26 / 17:53

ABŞ-nin gizli hərbi taktikası üzə çıxıb

09 İyul, 26 / 17:52

Tarixin açılmayan sirri: Yüzdən çox insan izsiz yox olub

09 İyul, 26 / 17:50

Messiyə qarşı üç türk meydanda olacaq

09 İyul, 26 / 17:48

Ərdoğanın NATO liderlərinə hədiyyəsi gündəm olub

09 İyul, 26 / 17:45

“Xərçəng deyil” dedilər, iki il sonra dəhşətli həqiqət üzə çıxıb

09 İyul, 26 / 17:43

Mütəxəssisdən yay xəbərdarlığı: Bu sularda üzməyin

09 İyul, 26 / 17:41

Yavaş yerimək beyin qocalmasının əlaməti ola bilər

09 İyul, 26 / 17:40

Bu ölkədə benzin almaq üçün avtomobil nömrəsi əsas götürüləcək

09 İyul, 26 / 17:36
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.