Prestij.media xəbər verir ki, ABŞ-nin İrana qarşı son hərbi əməliyyatlarında istifadə etdiyi iddia olunan yeni “kiber müharibə” taktikası diqqət çəkib. Məlumata görə, Hörmüz boğazı ətrafında saxta “xəyal gəmilər” yaradılaraq İranın radar və müşahidə sistemləri çaşdırılıb.
Bildirilir ki, NATO Sammiti zamanı ABŞ Prezidenti Donald Trampın atəşkəsin başa çatdığını elan etməsindən sonra İran ərazisində səksəndən çox hədəfə zərbələr endirilib. Hərbi əməliyyatlarla paralel olaraq avtomatik gəmi tanıma sistemlərinə (AIS) saxta siqnallar ötürülərək uydurma gəmi adları və marşrutları formalaşdırılıb.
Ekspertlərin fikrincə, bu taktika İranın müdafiə sistemlərinin diqqətini yayındırmaq, hərbi komanda-idarəetmə şəbəkələrində çaşqınlıq yaratmaq və real əməliyyatların gizlədilməsinə xidmət edib. Belə kiber manipulyasiyaların strateji əhəmiyyətli dəniz marşrutlarında təhlükəsizlik riskini daha da artırdığı vurğulanır.
















