Fransa və Belçikada müşahidə olunan kəskin isti hava səbəbindən meteoroloji qurumlar xəbərdarlıq elan ediblər. Fransada 61 bölgə üzrə narıncı, Belçikada isə ilin ikinci isti hava dalğası ilə əlaqədar bazar gününədək sarı xəbərdarlıq qüvvədədir.
Fransa Meteorologiya Xidməti bəzi ərazilərdə havanın temperaturunun 35-38 dərəcə, cənub-qərb bölgələrində isə 41 dərəcəyədək yüksələcəyini açıqlayıb.
Fransada rekord isti keçən iyun ayının son həftəsində normadan artıq 2 025 ölüm qeydə alınıb. Təkcə Parisdə 26 iyun tarixində həddindən artıq isti səbəbindən 109 nəfər həyatını itirib.
Belçika Kral Meteorologiya İnstitutu isə iyun ayında yaşanan 12 günlük rekord isti hava dalğasından sonra ölkədə ilin ikinci isti hava dalğasının başladığını bildirib. İlk dalğa zamanı ölkədə normadan artıq 222 ölüm qeydə alınıb.
Prestij.media
















