Prestij.media xəbər verir ki, mütəxəssislər yay aylarında dəniz və hovuzlardan yayıla biləcək infeksiyalara qarşı vətəndaşları ehtiyatlı olmağa çağırıblar.
Bildirilib ki, xüsusilə durğun və insanların sıx istifadə etdiyi sularda bakteriyaların çoxalma riski yüksək olur. Bu isə ürəkbulanma, qusma, ishal, dəri infeksiyaları və göz iltihabı kimi sağlamlıq problemlərinə səbəb ola bilər.
Həkimlər dəniz və ya hovuzdan çıxdıqdan sonra bədənin və çimərlik geyimlərinin sabunlu su ilə yuyulmasını, azyaşlıların, yaşlıların və xroniki xəstələrin isə bu cür sularda daha diqqətli olmasını tövsiyə edirlər.
















