Fransada davam edən güclü istilər və yağıntı çatışmazlığı ölkədə su ehtiyatlarının azalmasına səbəb olub. Yeraltı su səviyyəsinin aşağı düşməsi ilə əlaqədar bir sıra departamentlərdə su istifadəsinə ciddi məhdudiyyətlər tətbiq edilib.
Yeni qaydalara əsasən, bağların suvarılması, avtomobillərin yuyulması, şəxsi hovuzların doldurulması və bəzi kənd təsərrüfatı suvarmaları məhdudlaşdırılıb. Səlahiyyətlilər xəbərdarlıq ediblər ki, isti hava davam edərsə, yaxın günlərdə daha sərt tədbirlər görülə bilər.
Prestij.media
















