Prestij.media xəbər verir ki, ABŞ-ın Duke Universitetinin alimləri uzunmüddətli araşdırma nəticəsində yeriş sürəti ilə beyin sağlamlığı və qocalma prosesi arasında əlaqə olduğunu müəyyən ediblər.
Yeni Zelandiyada üç yaşından qırx beş yaşına qədər izlənilən yüzlərlə könüllünün məlumatlarını təhlil edən tədqiqatçılar müəyyən ediblər ki, daha yavaş yeriyən insanların beyin həcmi və neokorteks sıxlığı daha aşağı olur. Bu şəxslərdə həmçinin kiçik damar xəstəliklərinin inkişaf riski də yüksək qiymətləndirilir.
Araşdırma göstərib ki, sürətli yeriyən insanlar yaşıdları ilə müqayisədə daha gənc görünür və onların beyin funksiyaları daha yaxşı qorunur.
















