Prestij.media xəbər verir ki, XVI əsrdə indiki ABŞ ərazisində yerləşən Roanok adasında məskunlaşan yüzdən çox ingilis kolonisti sirli şəkildə yoxa çıxıb. Hadisə yerində isə yalnız ağacın üzərinə həkk olunmuş “Croatoan” sözü tapılıb.
Tarixçilərin fikrincə, bu söz yaxınlıqdakı ada və yerli tayfanın adı olub. Ehtimallara görə, kolonistlər sağ qalmaq üçün həmin tayfaya sığınıblar. Son illərdə aparılan arxeoloji qazıntılar zamanı bölgədə ingilislərə məxsus əşyaların aşkar edilməsi bu ehtimalı gücləndirsə də, onların taleyi bu günə qədər tam aydınlaşdırılmayıb.
















