Prestij.media xəbər verir ki, Türkiyədə yaxın saatlarda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Meteoroloqların məlumatına görə, İstanbul, Bursa və Çanaqqala kimi şəhərlərdə güclü leysan, şimşək, dolu və külək proqnozlaşdırılır.
Eyni zamanda ölkənin cənub və cənub-şərq bölgələrində isti hava dalğası davam edəcək. Bəzi şəhərlərdə havanın temperaturunun 38 dərəcəyədək yüksələcəyi bildirilir.
Mütəxəssislər ani sel, su basqını və güclü külək riski ilə əlaqədar vətəndaşlara ehtiyatlı olmağı, hava proqnozlarını izləməyi tövsiyə edirlər.
















