Tekstil və hazır geyim sektorunda maliyyə çətinlikləri artır. Şirkətlərin borc yükü yüksəlib, mənfəət göstəriciləri zəifləyib.
Prestij.media xəbər verir ki, araşdırmalar böhranın həm böyük, həm də kiçik müəssisələrə təsir etdiyini göstərir.
Məlumata görə, tekstil şirkətlərinin maliyyə borcları bir il ərzində təxminən 29 faiz artaraq 123,4 milyard lirəyə çatıb.
Hazır geyim sektorunda isə borclar 50 faiz artaraq 26,5 milyard lirəyə yüksəlib.
Araşdırmaya əsasən, tekstil şirkətləri 2025-ci ildə 2,6 milyard lirə zərər açıqlayıb.
Sektorda ixrac və məşğulluq da azalıb. Tekstil sahəsində çalışanların sayı 15,9 faiz, hazır geyimdə isə 2 faiz geriləyib.
















