Əczaçılar bildirirlər ki, dərmanların yalnız son istifadə tarixinə baxmaq kifayət deyil. Yanlış şəraitdə, xüsusilə yüksək rütubət və temperaturda saxlanılan dərmanlar vaxtı keçmədən də keyfiyyətini itirə bilər.
Həblərdə rəng dəyişikliyi, ləkələr, həddindən artıq ovulma və yapışqanlıq; şərbətlərdə bulanıqlıq, çöküntü və fərqli qoxu dərmanın xarab olduğuna işarə edə bilər. Krem və məlhəmlərdə isə yağ və suyun ayrılması, topaqlaşma kimi dəyişikliklərə diqqət etmək lazımdır.
Mütəxəssislər dərmanların hamam və mətbəx kimi rütubətli və temperaturun tez-tez dəyişdiyi yerlərdə saxlanılmamasını tövsiyə edir. Quruluşunda dəyişiklik olan və ya düzgün saxlanılmayan dərmanlardan istifadə etmək əvəzinə onları apteklərdəki tullantı dərman qutularına təhvil vermək məsləhətdir.
Prestij.media
















