Hindistanda Kabir Panth təriqətinin lideri Sant Rampal Ji Maharajın müridləri onun ayağını öpmək üçün xüsusi hazırlanmış, şüşə ilə əhatə olunmuş və kondisionerli avtomobilin qarşısında növbəyə düzülüblər.
Yayılan görüntülərdə müridlərin avtomobilə yaxınlaşmazdan əvvəl ianə qutusuna pul atdığı və daha sonra bir-bir liderin ayağını öpdüyü görünür. Avtomobilin üzərində “Purna Brahma”, yəni “Tam Tanrı” ifadəsinin yazıldığı da diqqət çəkib.
Əslində inşaat mühəndisi olan Sant Rampal Ji Maharaj 1990-cı illərdən dini fəaliyyətlə məşğul olmağa başlayıb. O, 2014-cü ildə müridləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmadan sonra həbs edilib və ömürlük həbs cəzasına məhkum olunub.
Prestij.media
















