Peruda Maçu Piçku ətrafında aparılan araşdırmalar zamanı sıx meşə örtüyünün altında uzunluğu 2,5 kilometrdən çox olan İnka dövrünə aid yol şəbəkəsi aşkarlanıb.
Tədqiqatçılar LiDAR texnologiyası ilə ərazini xəritələndirərək əvvəllər qeydə alınmayan yollar, terraslar və platformalar müəyyən ediblər. Əsas yollardan birinin ən azı 1,2 kilometr uzunluğunda olduğu bildirilib.
Mütəxəssislər yollardan birinin İnka mədəniyyətində müqəddəs sayılan Yanantin dağına aparan mərasim yolu ola biləcəyini düşünür. Bunun dəqiq müəyyənləşdirilməsi üçün əlavə qazıntı və araşdırmalar aparılacaq.
Prestij.media
















