Almaniyada türk marketlərində satılan Trilya markalı zeytun cecəsi yağı ilə bağlı geri çağırma qərarı verilib. Aparılan analizlərdə məhsulda yüksək miqdarda mineral yağ karbohidrogenləri MOSH və MOAH aşkarlanıb.
Geri çağırma yalnız LS162703 partiya nömrəli 4 litrlik məhsullara aiddir. Son istifadə tarixi 27 mart 2027 olan yağların Baden-Vürtemberq və Şimali Reyn-Vestfaliya əyalətlərində satıldığı bildirilib.
Xüsusilə MOAH qrupuna daxil olan bəzi maddələrin genetik materiala zərər verə və xərçəng riski yarada biləcəyi qeyd olunur. Həmin partiyadan məhsul alan istehlakçılara yağı istifadə etməmək və satın aldıqları mağazaya qaytarmaq tövsiyə edilib.
Prestij.media
















