ABŞ Prezidenti Donald Trampın Ontario gölünün ABŞ-dakı rəsmi adını “Amerika gölü” olaraq dəyişdirmək qərarından sonra Google Xəritələrdə də adlandırma yenilənib.
Dəyişikliyə əsasən, ABŞ-dakı istifadəçilər gölü “Amerika gölü”, Kanadadakı istifadəçilər isə “Ontario gölü” adı ilə görəcək. Digər ölkələrdə isə hər iki ad göstəriləcək.
Kanada hökuməti ad dəyişikliyini qəbul etməyib və gölün əvvəlki adından istifadəni davam etdirəcəyini bildirib. Google isə rəsmi dövlət mənbələrində edilən coğrafi ad dəyişikliklərini Xəritələrə əks etdirdiyini açıqlayıb.
Prestij.media
















