Çində dünyanın ən yüksək yükqaldırma qabiliyyətinə malik halqavari kran hazırlanır. Kran tamamlandıqda bir dəfəyə 14 min tona qədər yük qaldıra biləcək.
İlk əsas qurğunun istehsalı başa çatıb. İkinci qurğunun da sistemə qoşulmasından sonra kranın tam gücü ilə işləməsi planlaşdırılır.
Nəhəng krandan əsasən nüvə elektrik stansiyalarında, neft-kimya müəssisələrində və dəniz külək enerjisi layihələrində istifadə olunacaq. Sistemin enerji sərfiyyatını 30 faizdən çox azaltması gözlənilir.
Prestij.media
















