Bu gün saat 20:45-də “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.
Matç penaltilər seriyasına qədər davam edərsə, metropolitenin iş saatı uzadılacaq. Bu halda stansiyalar gecə saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq.
Azarkeş marağının yüksək olması nəzərə alınaraq, xüsusilə “Gənclik”, “28 May” və “Nərimanov” stansiyalarında gücləndirilmiş iş rejimi tətbiq ediləcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Prestij.media
















