• Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.8° Weather Columbus
$
1.7
€
1.9814
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

AMADA əməkdaşının həmmüəllifi olduğu kitab fəsli nüfuzlu “Springer” elmi nəşrində çap olunub

25 Avqust, 26 / 12:45
A A

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Elm, tibb və təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru gənc alim və Prezident mükafatçısı Səmra Mirzəyevanın həmmüəllifi olduğu “Smart Nano-Delivering Genetic Engineering for Agricultural Sustainability” (Kənd Təsərrüfatı Dayanıqlılığının Təmin Edilməsi üçün Ağıllı Nanoçatdırılma Əsaslı Gen Mühəndisliyi) adlı kitab fəsli nüfuzlu beynəlxalq elmi nəşri “Springer Nature” tərəfindən dərc edilmişdir.

Sözügedən fəsil “AI-Nano-Enabled Climate-Smart Agriculture and Sustainability” (Süni intellekt və nanotexnologiyalara əsaslanan iqlimə davamlı və dayanıqlı kənd təsərrüfatı) adlı kitabın mühüm bölmələrindən birini təşkil edir. “Springer” tərəfindən nəşr olunan kitab süni intellekt və nanоtexnologiyanın kənd təsərrüfatında tətbiqini, ağıllı kənd təsərrüfatının inkişafını, iqlim dəyişikliklərinə davamlı bitkilərin formalaşdırılmasını və dayanıqlı kənd təsərrüfatı üçün innovativ biotexnoloji yanaşmaları əhatə edir.

Fəsil müasir nanobiotexnologiyanın bitki gen mühəndisliyi ilə inteqrasiyasına həsr olunub. Fəsildə nanodaşıyıcıların genetik materialların bitki hüceyrələrinə daha məqsədyönlü və səmərəli çatdırılmasında potensial imkanları, gen mühəndisliyi və müasir genom redaktəsi texnologiyaları, o cümlədən CRISPR/Cas metodu ilə nanоtexnologiyanın inteqrasiyası nəzərdən keçirilir. Bu yanaşmaların kənd təsərrüfatında məhsuldarlığın, bitkilərin xəstəliklərə və ətraf mühit streslərinə davamlılığının artırılması və daha dayanıqlı istehsal sistemlərinin formalaşdırılmasına töhfə vermək potensialı xüsusi əhəmiyyət daşıyır.

Kitabın ümumi konsepsiyası süni intellekt, nanоtexnologiya, genomika və biotexnologiyanın inteqrasiyası əsasında gələcəyin iqlimə davamlı və resurslardan daha səmərəli istifadə edən kənd təsərrüfatı modellərinin formalaşdırılmasına yönəlib. Nəşrdə nano-gübrələr, nano-pestisidlər, nano-sensorlar, biostimulyatorların effektiv çatdırılması, gen mühəndisliyi və CRISPR/Cas əsaslı genom redaktəsi kimi qabaqcıl istiqamətlər əhatə olunur.

Nəşr Çin Elmlər Akademiyasının Şimal-Şərqi Coğrafiya və Aqroekologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Soya Paxlasının Molekulyar Dizayn Seleksiyası üzrə Aparıcı Laboratoriya ilə elmi əməkdaşlıq çərçivəsində hazırlanıb.

Fəsil ilə tanış olmaq üçün linkə keçid edə bilərsiz https://doi.org/10.1007/978-981-92-1694-9_18

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycan üzgüçülüyündə institusional inkişafa beynəlxalq təcrübə

Avqust 25, 2026
Cəmiyyət

101 qurbağadan 200 milyona: Avstraliyada ekoloji böhranı yaranıb

Avqust 25, 2026
Cəmiyyət

Bakı Metropolitenində iş saatı uzadılacaq

Avqust 25, 2026
Cəmiyyət

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Avqust 20, 2026
Cəmiyyət

Yumurtalarla bağlı təhlükə: Yüzlərlə insan xəstəxanalıq olub

Avqust 19, 2026
Cəmiyyət

Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı

Avqust 17, 2026

XƏBƏR LENTİ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

25 Avqust, 26 / 15:10

Azərbaycan üzgüçülüyündə institusional inkişafa beynəlxalq təcrübə

25 Avqust, 26 / 14:28

Milyonlarla güvə kaktusları məhv edib

25 Avqust, 26 / 13:17

İki böyük göldə su azalır

25 Avqust, 26 / 13:15

40 min ton qar talaşın altında saxlanılır

25 Avqust, 26 / 13:14

Elektrik göydə istehsal ediləcək

25 Avqust, 26 / 13:12

Ukraynada raket istehsalına yol açılır

25 Avqust, 26 / 13:11

Yol işləri zamanı 400 illik körpü tapılıb

25 Avqust, 26 / 13:10

Zəhərli yosun 4 tondan çox balığı məhv edib

25 Avqust, 26 / 13:09

Nəhəng baryer bir gecədə 1 400 ton tullantı toplayıb

25 Avqust, 26 / 13:08
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.